Qazaxda “TIR” sürücüsü ürəktutmasında vəfat edib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə " “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. Qazaxıstan Respubilkasının vətəndaşı 1978-ci il təvəllüdlü Sputnikov Vitalinin halı qəfil pisləşib.
Hadisə yerinə dərhal təcili tibbi yardım çağrılıb.
Müayinə zamanı xarici vətəndaşın öldüyü məlum olub.
Məlumata görə “TIR” sürücüsü S.Vitali ürək çatışmazlığından əziyyət çəkirmiş.