Xarici nömrədən gələn zəngə kart məlumatını verdi, külli miqdarda pulu oğurlandı - DİN-dən açıqlama
02 oktyabr 2021 22:42 (UTC +04:00)

Xarici nömrədən gələn zəngə kart məlumatını verdi, külli miqdarda pulu oğurlandı - DİN-dən açıqlama

0

Bu gün Nərimanov rayonunda bir nəfər vətəndaşa xarici nömrədən zəng olunaraq "bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa" deyilməklə bank kartının məlumatları istənilib.

Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat yayıb.

E.Hacıyev bildirib ki, kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb və nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.

Qurum rəsmisi bu kimi hallardan qorunmaq üçün vətəndaşları tanımadıqları şəxslərə bank kartı məlumatlarını ötürməməyə çağırıb: "Müştərisi olduğunuz banklara sizin bank kartı məlumatlarınız lazım deyil".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4948

Oxşar yazılar