Daxili İşlər Nazirliyi xaricdə yaşayan soydaşlarımıza müraciət edib.
Lent.az-ın məlumatına görə, müraciətdə deyilir:
"Xaricdə yaşayan Azərbaycan vətəndaşları xarici pasportunu itirərsə və ya pasportun etibarlılıq müddəti bitərsə, olduqları ölkədə səfirlik və ya diplomatik nümayəndəliklərinə müvafiq sənədlərlə müraciət edərək, yeni ümumvətəndaş pasportu ala bilərlər".