Xanım sürücü iki motosikletçini vurdu
05 yanvar 2021 01:21 (UTC +04:00)

Xanım sürücü iki motosikletçini vurdu

0

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi 51 A ünvanında qeydə alınıb. 

Belə ki, Aysel Məmmədova idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qəfil  qarşısına iki motosiklet çıxıb. İdarəetmədən çıxan avtomobil motosikletlərə çırpılıb. 

Nəticədə motosiklet sürücüləri - 1998-ci il təvəllüdlü Qurbanov Elmir Elçin oğlu və 2000-ci il təvəllüdlü Dövlətov Nicat Əhməd oğlu ağır bədən xəsarətləri alıb. Yaralılar bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1655

Oxşar yazılar