Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı koronavirusa yoluxub.
Lent.az APA-ya istinadla bildirir ki, bu barədə onun həyat yoldaşı, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı məlumat verib.
Deputat qeyd edib ki, Tənzilə Rüstəmxanlı 10 gündür koronavirusa yoluxub: “Hazırda Gömrük hospitalında müalicə alır. Vəziyyəti yaxşıdır. Koronavirusa yoluxmamışam, ancaq mən də bir müddət təcrid olundum”.