Xalçaları yumaq üçün çölə qoydu, yoldan keçən qadın hamısını oğurladı
07 avqust 2024 15:00 (UTC +04:00)

Xalçaları yumaq üçün çölə qoydu, yoldan keçən qadın hamısını oğurladı

Lənkəranda oğurluq hadisəsi baş verib. 

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini olan bir qadın 600 manat dəyərində 3 ədəd xalçasının yaşadığı evin qarşısından oğurlanması ilə bağlı polisə müraciət edib.

Lənkəran şəhər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəhər sakini 64 yaşlı R.Balayeva müəyyən edilərək saxlanılıb. Məlum olub ki, sahibi həmin xalçaları yudurtmaq üçün çölə çıxararaq qapının qarşısına yığıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Mehman Nəbiyev

Oxşar yazılar