Xaçmazda kanalda uşaq batdı -YENİLƏNİB -VİDEO
11 iyun 2023 13:32 (UTC +04:00)

Xaçmazda kanalda uşaq batdı -YENİLƏNİB-VİDEO

Bu gün günorta saatlarında Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində 10 yaşlı kanala düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kanala düşən azyaşlı Pirsaatov Məhəmməd Elsevər oğludur. O həmyaşıdları ilə oynayarkən su kanalına düşüb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Uşağın axtarışları davam etdirilir.

Məhəmməd Pirsaatov Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir.

***

saat 12.04

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

# 3582
avatar

Oxşar yazılar