Xaçmazda baş verən faciənin intihar olduğu müəyyənləşib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xaçmaz-Çarxı dəmiryolu stansiyasının ərazisində qeydə alınıb.
Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Kənan Mehrab oğlu Abdullazadə özünü qatarın altına atıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
4 may, saat 11:32
Xaçmaz şəhəri ərazisində gənc oğlanı qatar vurub.
Lent.az-ın xəbərinə görə, hadisə Xaçmaz - Niyazabad avtomobil yolunun dəmiryolu ilə kəsişməsindəki avtomobil körpüsünün yaxınlığında baş verib.
Xaçmaz şəhər sakini Abdullayev Kənan Mehrab oğlu qatarın altında qalması nəticəsində ölüb.
İlkin məlumata görə, onu özünü qatarın altına aldığı ehtimal edilir. Kənan Abdullayev ailəli idi, 1 azyaşlı övladı var.
Faktla bağlı araşdırma başlanılıb.