Vətən müharibəsində yaralanan qazimiz bu gün şəhid oldu
21 yanvar 2021 17:24 (UTC +04:00)

Vətən müharibəsində yaralanan qazimiz bu gün şəhid oldu

Xəstəxanada müalicəalanqazi bu gün şəhid olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Daxili Qoşunların hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq o, bu gün – yanvarın 21-də şəhidlik zirvəzinə ucalıb.

Şəhidimizlə vida mərasimində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6096
avatar

Mehman Nəbiyev

Oxşar yazılar