Velosipedçini vuran “Niva” sürücüsü xəstəxanalıq oldu
16 may 2023 21:05 (UTC +04:00)

Velosipedçini vuran “Niva” sürücüsü xəstəxanalıq oldu

0

Sabirabadda avtomobil velisopedçini vurub, 2 nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Sabirabad rayonunun Cavad kəndi ərazisində qeydə alınıb. 

Kovlar kənd sakini, 2004-cü il təvəllüdlü Abışzadə Ələkbər Eldəniz oğlunun idarə etdiyi “Niva” markalı avtomobillə velisiped idarə edən Türkədi kənd sakini, 2008-ci il təvəllüdlü Məmmədov Səbuhi Ağayar oğlunu vurub. Sürücü və velosipedçi xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2293

Oxşar yazılar