Velosipedçi park etmiş avtomobilə çırpılıb xəsarət aldı
10 sentyabr 2022 05:24 (UTC +04:00)

Velosipedçi park etmiş avtomobilə çırpılıb xəsarət aldı

0

Oğuzda velosiped yolun kənarında dayanan avtomobilə çırpılıb, velosipedçi xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Xalxal kənd inzibati ərazisində baş verib.

Rayonun Xalxal kənd sakini, 1985- ci il təvəllüdlü  Dəyanət Vaqif oğlu Məmmədov velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan avtomobilə çırpılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan D.Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. D.Məmmədova sol boynun kəsilmiş-cırılmış yarası, döş qəfəsinin küt travması və kəllə-beyn travması xəsarətləri dioqnozu qoyulub.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1585

Oxşar yazılar