“VAZ-2106” “KİA” ilə toqquşub kanala düşdü, sürücü batdı  -YENİLƏNİB
30 iyun 2026 15:19 (UTC +04:00)

“VAZ-2106” “KİA” ilə toqquşub kanala düşdü, sürücü batdı -YENİLƏNİB

0

Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb.

FHN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

***

11:55

 

Göyçayda ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində qeydə alınıb. 

“VAZ-2106” markalı avtomobil əvvəlcə “KİA” markalı avtomobillə toqquşub, daha sonra su kanalına düşüb. 

“VAZ-2106”nın sürücüsünün boğulduğu ehtimal edilir. 

Hazırda onun çıxarılması istiqamətində işlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 921

Oxşar yazılar