Türkiyədə uzman doktor qəbula gələn xəstəsinə cinsi təcavüz edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfa rayonunun Suruç qəsəbəsində baş verib. 25 yaşlı L.İ. müayinə üçün uzman doktor H.F.V-nin qəbulunda olarkən cinsi təcavüzə məruz qalıb.
Qız bu faktı sübut etmək üçün təkrar qəbula gedib. Bu zaman cinsi təcavüzü kamera ilə qeydə alıb. Faktla polisə təqdim olunandan sonra həkim H.F.V saxlanılıb.
Məhkəmənin qərarı ilə o, həbs olunub və barəsində cinayət işi açılıb.