Abşeronda usta bədbəxt hadisə nəticəsində ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 8-i saat 18 radələrində Abşeron rayonu, Fatmayı kəndində 63 yaşlı Elşad Məmmədovun ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Elşad Məmmədov qeyd edilən kənd ərazisində yerləşən fərdi yaşayış evində usta kimi suvaq işləri görən zaman hündürlükdən yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.