Uşaqları maska taxmayan valideynləri hansı cəza gözləyir?
15 yanvar 2021 17:11 (UTC +04:00)

Uşaqları maska taxmayan valideynləri hansı cəza gözləyir?

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının bu günə olan mövzusu ictimai yerlərdə maska taxmayan 17 yaşınadək övladı olan valideynlərlə bağlıdır.
Məlumdur ki, yetkinlik yaşına çatmayan şəxslər maska taxmadıqda valideynləri buna gprə məsuliyyət daşıyır. Bəs görək, həmin valideynləri hansı cəza gözləyir?
Rubrikamızın sualına "Müvəkkil" hüquq mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov aydınlıq gətirib. O bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində müddəalar nəzərdə tutulub:

"Maska və ya digər inzibati xətalar törədən yetkinlik yaşına çatmayan şəxslərin əməllərinə görə onların valideynləri məsuliyyətə cəlb olunur. Belə ki, bu haqda qanunvericilikdə də müəyyən müddəalar nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən, uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi,
189.1- yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə, xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.
189.3-cü maddədə isə bu məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda valideynlər altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
189.4-cü maddədin bu məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3468
avatar

Mehman Nəbiyev

Oxşar yazılar