Uşaqları əlindən alınmasın deyə özünü öldürdü  - polisin sözü ilə
14 dekabr 2023 14:51 (UTC +04:00)

Uşaqları əlindən alınmasın deyə özünü öldürdü - polisin sözü ilə

Tıva sakini yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın iclasından sonra intihar edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, kişinin arvadının sözlərinə görə, polis məmuru onu buna məcbur edib.

Məlumata görə, vətəndaş azyaşlı oğlunun tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməməkdə ittiham olunub. Bununla bağlı komissiya iclası noyabrın əvvəlində baş tutub. O, 500 rubl cərimə ödəməli idi və komissiya işçiləri də valideynlik hüquqlarından məhrum edilməsi üçün məhkəməyə sənədlər təqdim edəcəklərini bildiriblər.

Bunun ertəsi gün həmin şəxs intihar edib. Həyat yoldaşı iddia edir ki, o, polis mayorunun sözü ilə özünü öldürmək qərarına gəlib.

Polis məmuru isə bunu inkar edir. Komissiyanın digər üzvləri də onun sözlərini təsdiqləyirlər.

Qeyd olunur ki, müstəntiqlər “intihara çağırış” maddəsi ilə araşdırmalara başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4002
avatar

Oxşar yazılar