İrkutsk vilayətinin Bratsk şəhərində polis pedofiliya şübhəsi ilə müəllim və uşaq şəhər təşkilatının rəhbəri 40 yaşlı Sergey S.-nı saxlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, əvvəllər kişinin qurbanı 15 yaşlı məktəbli olub. Şagirdin sözlərinə görə, şübhəli şəxs ona çılpaq fotolarını göndərib, toxunub, həmçinin intim hərəkətlərə eyham vurub.
Zərərçəkənin telefonunda müəllimlə yazışdığını görən valideynləri polisə müraciət ediblər. Faktla bağlı cinayət işi açılıb.
Qeyd olunur ki, təşkilatın bütün digər üzvləri saxlanılan şəxs haqqında müsbət fikirlər səsləndirirlər.