Uşağını qaçırtmaq üçün Azərbaycandan Rusiyaya getdi
02 avqust 2024 13:58 (UTC +04:00)

Uşağını qaçırtmaq üçün Azərbaycandan Rusiyaya getdi

Rusiyanın Moskva vilayətinin Noginsk şəhərində qadın keçmiş ərindən hüquq-mühafizə orqanlarına şikayət edib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, 5 il əvvəl deportasiya olunduqdan sonra Azərbaycana gedən kişi Rusiyaya qayıdıb və keçmiş arvadını zorakılıqla hədələməyə başlayıb.

Qadının sözlərinə görə, keçmiş əri oğlunu qaçırmaq niyyətindədir. Belə ki, 2016-cı ildə qadın hamilə olduğunu deyəndə, əri qəzəblənib və onu döyüb. Zərərçəkmiş cinayətkar barəsində polisə ərizə yazıb. Lakin o, adam döydüyünə görə deyil, yalnız sənədlərində problem olduğu üçün vətəninə deportasiya edilib.

Hazırda Azərbaycan vətəndaşı qayıdıb. Hədə-qorxuya məruz qaldığı üçün qadın evdən çıxıb uşağını məktəbə aparmaqdan qorxur. Kişi özünü radikal islamçı adlandırır, qadına xəsarət yetirəcəyinə söz verir. Noginsk sakini kömək üçün yenidən polisə müraciət etsə də, hələ ki, uşağının atasının təhdidləri səngimir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Mehman Nəbiyev

Oxşar yazılar