Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələnib
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı rayon ərazisində yerləşən “Ülviyyə” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejim qaydalarının pozulması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.
Bundan başqa, Cəlilabad rayonu, Cəlayir kənd sakini C.Məstəliyevin fərdi yaşayış evinin həyətində təşkil etdiyi məclis zamanı iştirak edən qonaqların müəyyən edilən say həddindən çox olduğu aşkarlanıb və həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.