Ukraynanın  tanınmış jurnalisti   müharibədə öldü
07 mart 2022 20:54 (UTC +04:00)

Ukraynanın tanınmış jurnalisti müharibədə öldü

Nikolayev yaxınlığında ukraynalı hərbi jurnalist Viktor Dudar Rusiya ordusu ilə döyüşdə həlak olub.

Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, , Dudar genişmiqyaslı müharibənin elə ilk günündə Silahlı Qüvvələrin tərkibində Ukraynanı müdafiə etmək üçün hərbi komissarlığa gedib.

O, 2014-2015-ci illərdə ölkənin şərqində müharibədə də könüllü kimi iştirak edib və 80-ci Hava Desant Hücum Briqadasında jurnalist kimi döyüşüb. Daha sonra ehtiyatda olan hərbi qulluqçu olub və “Ekspress” qəzetində çalışıb, son günə kimi burada hərbi xəbərlər və araşdırma jurnalistikası ilə məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277
avatar

Oxşar yazılar