Belqorod yaxınlığında qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, nəqliyyat təyyarəsi qəsəbədən bir qədər aralıda Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Qəza yeri mühasirəyə alınıb və hazırda təcili yardım xidmətləri orada işləyir.
***
13:33
İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, təyyarənin qəzaya uğraması xəbərini Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.
Qəza zamanı ölənlərin olduğu da bildirilir.
Nazirlikdən bildiriblər ki, təyyarə planlı uçuş zamanı qəzaya uğrayıb.
“İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi var idi və onlar dəyişdirilmək üçün Belqorod vilayətinə aparılıb”, - Müdafiə Nazirliyindən bildirilib.
Digər xəbərə görə, qəzaya uğrayan təyyarənin göyərtəsində altı ekipaj üzvü və üç onu müşayiət edən şəxs olub.