Üçüncü cəhdi faciə ilə nəticələndi - Minaya düşənlə bağlı YENİ XƏBƏR
19 fevral 2021 10:41 (UTC +04:00)

Üçüncü cəhdi faciə ilə nəticələndi - Minaya düşənlə bağlı YENİ XƏBƏR

Dünən Tərtərdə Laçın rayon sakini Bəxtiyar Mahmudovun minaya düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Lent.az xəbər verir ki, nazirlyiin yaydığı məlumatda hadisə ilə əlaqədar bir sıra təfərrüatlar açıqlanıb. Bildirilir ki, bu ilin yanvar və fevral ayları ərzində mərhum Bəxtiyar Mahmudov və qardaşı Şəhriyar iki dəfə işğaldan azad olunmuş ərazilərə keçdiklərinə görə saxlanılıblar:

Hər iki halda onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati cəza tədbirləri görülüb. Məhkəmənin qərarı ilə Şəhriyar inzibati qaydada həbs olunub, mərhum Bəxtiyar isə cərimə edilib. Üçüncü dəfə, yəni fevralın 18-də Bəxtiyar Mahmudovun işğldan azad olunmuş əraziyə keçməyə cəhd göstərməsi özünün faciəsi ilə nəticələnib".

Nazirlik bununla bağlı olaraq, vətəndaşları bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar