Üç uşaq  evdə diri-diri yandı
17 yanvar 2026 10:48 (UTC +04:00)

Üç uşaq evdə diri-diri yandı

0

Saxa Respublikasında (Yakutiya) fərdi yaşayış evində baş vermiş yanğında üç uşaq həlak olub.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, yanğın Namski rayonunun Namtsı kəndində, Çernışevski küçəsində yerləşən evdə baş verib.

Yanğının qurbanları 13, 11 və 10 yaşlı üç uşaq olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar