Üç min metr hündürlükdəki  restoran yandı   - FOTO
19 sentyabr 2022 21:15 (UTC +04:00)

Üç min metr hündürlükdəki restoran yandı - FOTO

1

İsveçrənin Alp dağlarında 3 min metr hündürlükdəki Le Dyablere xizək stansiyasında yerləşən restoran yanğın baş verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bir neçə kanat yollarınıvə xizək liftlərini idarə edən “Glacier 3000”də memar Mario Botta tərəfindən hazırlanmış panoramlı restoran da var.

Polisin məlumatına görə, söndürmə işləri çox çətindir. Obyekt dəniz səviyyəsindən üç min metr yüksəklikdə yerləşir, ora yalnız helikopterlə çatmaq olar.

Yanğın zamanı hadisə yerində heç kim olmadığından xəsarət alan olmayıb. Kanat yolunun texniki sistemlərinin nə qədər zərər çəkdiyi hələlik bəlli deyil. Kanat yolu bağlanacaq.

Prokurorluq yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3449

Oxşar yazılar