Üç kənddə toy məclisi quruldu – Polis  BASQIN ETDİ
12 aprel 2021 09:45 (UTC +04:00)

Üç kənddə toy məclisi quruldu – Polis BASQIN ETDİ

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına zidd olaraq, iki fərqli ünvanda toy mərasimi keçirildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Potu kənd sakini Rüfət Yaqubovun yaşadığı evdə sanitar-gigiyena və karantin qaydalarının pozulması ilə müşahidə edilən toy məclisi təşkil etdiyi aşkarlanıb. R.Yaqubov və mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Rayonun Cəyirli və Bığır kəndlərində də Akif İbrahimxəlilov və Qiyas İbrahimova məxsus fərdi yaşayış evlərində toy mərasimlərinin keçirildiyi aşkarlanıb. Polis əməkdaşları insanların kütləvi iştirakı ilə məclis təşkil edən ev sahibləri ilə izahedici söhbətlər aparıb və həmin şəxslər barəsində qanunvericiliyin tələblərin uyğun müvafiq tədbirlər görüblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2152

Oxşar yazılar

Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 17:11
İki santimetrə görə  evinə kompensasiya vermədilər

İki santimetrə görə evinə kompensasiya vermədilər

21 may 2025 , 16:57
Azərbaycanda qadınları fotoları ilə  şantaj edən  TUTULDU

Azərbaycanda qadınları fotoları ilə şantaj edən TUTULDU

21 may 2025 , 16:21
DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

21 may 2025 , 15:18
Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 12:20
Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

21 may 2025 , 12:07
Bakıda toy zamanı  restoran alovlandı - VİDEO

Bakıda toy zamanı restoran alovlandı - VİDEO

21 may 2025 , 11:54
Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08