Salyan rayonunda meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Kür çayının Slayan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki-üç gün əvvəl itkin düşən 60 yaşlı Cəmaləddin Həsənovun meyiti Kür çayının sahilində aşkarlanıb. Onun ölümünün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.