Tut ağacından yıxılan qoca xəstəxanalıq oldu
10 iyun 2023 20:56 (UTC +04:00)

Tut ağacından yıxılan qoca xəstəxanalıq oldu

0

Qaxda 74 yaşlı kişi tut ağacından yıxılıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Ləkit kəndində baş verib. Kənd sakini - 1949-cu il təvəllüdlü Hüseyn Məhəmməd oğlu Lətifov yaşadığı evin həyətyanı sahəsindəki tut ağacını silkələyən zaman ehtiyatsızlıqdan yıxılıb. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Lətifov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3224

Oxşar yazılar