Naxçıvanda tapılan külli miqdarda heroinlər
09 mart 2022 13:27 (UTC +04:00)

Naxçıvanda tapılan külli miqdarda heroinlər

Türkiyədən Naxçıvana gələn maşınlarda 200 kilodan çox heroin tapıldı - FOTO

Naxçıvan gömrükçüləri tərəfindən daha iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdlərinin qarşısı alınıb.

Lent.az Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, MR ərazisindən tranzit keçməklə Niderland Krallığına unlu qənnadı məmulatları aparan, Türkiyə vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında rentgen qurğusundan keçirilməklə yoxlanılıb. Müəyyən olunmuş şübhəli rentgen təsvirləri əsasında aparılan əsaslı yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 32 ədəd taxta paletin ayaqlarında xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 113 kiloqram 820 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası ərazisinə tranzit giriş edən, eyni daşıyıcı şirkətə məxsus, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 32 ədəd taxta paletin ayaqlarında xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 113 kiloqram 835 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Oxşar gizlətmə üsulundan istifadə edilməklə törədilmiş hər iki qaçaqmalçılıq əməli üzrə aşkarlanmış narkotik vasitənin ümumi xalis çəkisi 227 kiloqram 655 qram təşkil edib.

Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq hər iki şəxs barəsində cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337

Oxşar yazılar

Azərbaycanda zəlzələ  oldu

Azərbaycanda zəlzələ oldu

28 mart 2025 , 15:13
Bakıda İran casuslarına HÖKM OXUNDU

Bakıda İran casuslarına HÖKM OXUNDU

28 mart 2025 , 14:11
Cəlilabadda 10 gün əvvəl  kanala düşən maşının sərnişini öldü

Cəlilabadda 10 gün əvvəl kanala düşən maşının sərnişini öldü

28 mart 2025 , 11:50
Ağdamda qadın 8 gündür itkin düşüb

Ağdamda qadın 8 gündür itkin düşüb

28 mart 2025 , 10:30
Gəncədə sirkə içən gənc qız öldü

Gəncədə sirkə içən gənc qız öldü

28 mart 2025 , 10:21
Goranboyda qızını bıçaqlayan ata saxlanıldı - YENİLƏNİB

Goranboyda qızını bıçaqlayan ata saxlanıldı - YENİLƏNİB

28 mart 2025 , 09:45
Süd içən körpə boğulub öldü

Süd içən körpə boğulub öldü

28 mart 2025 , 09:34
Yasamalda evi qadının başına uçuran şirkətin rəhbəri saxlanıldı  - VİDEO

Yasamalda evi qadının başına uçuran şirkətin rəhbəri saxlanıldı - VİDEO

28 mart 2025 , 09:12