Türkiyədəki zəlzələdə həlak olan tələbənin nəşi Gəncəyə  gətirildi 
16 fevral 2023 08:33 (UTC +04:00)

Türkiyədəki zəlzələdə həlak olan tələbənin nəşi Gəncəyə  gətirildi 

Türkiyənin Malatiya şəhərində baş verən zəlzələ zamanı dünyasını dəyişən  Şahin Vəliyevin  cənasəsi Gəncə şəhərində yaşadığı Cavad Xan qəsəbəsinə  gətrilib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Şahin Vəliyevlə yaşadığı evdə vida mərasimi keçiriləcək. 21 yaşlı tələbənin günorta saatlarında Gəncədə dəfin edilməsi gözlənilir.

Qeyd edək ki, 21 yaşlı Şahin Vəliyev İnönü Universitetində İdman menecerliyi ixtisasında oxuyub. Malatya şəhəri Zəfər məhəlləsində yaşayıb. Onun dağıntılar altından çıxarılan meyitini dayısı təsdiq edib. 21 yaşlı tələbənin cənazəsi bu gecə vətənə gətiriilib. 

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar