Türkiyədəki zəlzələdə həlak olan tələbələrin nəşi Azərbaycana gətirildi-FOTO
16 fevral 2023 02:42 (UTC +04:00)

Türkiyədəki zəlzələdə həlak olan tələbələrin nəşi Azərbaycana gətirildi-FOTO

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan tələbələrin cənazələri Bakıya gətirilib. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, tələbələrin cənazəsini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Zəlzələdən həlak olanların yaxınları aeroporta toplaşıb. Həlak olanların nəşini qarşılamağa gələnlər arasında Türkiyə Səfirliyinin təhsil üzrə müşaviri Alirza Altuner  də var.  Türkiyəli diplomat zəlzələdə həlak olan tələbələrin yaxınlarına başsağlığı verib, səbr diləyib. 

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2845

Oxşar yazılar