Türkiyədə zəlzələ nəticəsində ölən erməni əsilli vətəndaşların adları məlum olub.
Lent.az xarici mediaya istinadla bildirir ki. İstanbulda çıxan gündəlik “Jamanak” qəzetinin redaktoru Ara Qoçunyanın məlumatına görə, Sami Tabaş və həyat yoldaşı Aida Tabaş zəlzələ nəticəsində dünyasını dəyişib.
Onların övladlarının isə ağır yaralandığı bildirilir.
Bundan əvvəl xəbər verilmişdi ki, Malatyada dağıdıcı zəlzələ nəticəsində iki erməni həlak olub. Türkiyədə dağıdıcı zəlzələ qurbanlarının sayı 912 nəfərə çatıb, yaralananların sayı 5 mini keçib.