Türkiyədə bələdiyyədən sənəd   ala bilməyən iş adamı özünü öldürdü
24 iyun 2026 15:50 (UTC +04:00)

Türkiyədə bələdiyyədən sənəd ala bilməyən iş adamı özünü öldürdü

0

Türkiyədə iş adamı intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Dənizli rayonunun Pamukkala qəsəbəsində baş verib.

İş adamı olan 32 yaşlı Mehmet Çaputun yaşadığı evdə asılmış meyiti tapılıb. Hadisə yerinə gələn polis əməkdaşları iş adamının ölümündən əvvəl yazdığı 3 məktubu aşkar ediblər.

Məlumata görə, Çaput ölümündən əvvəl yazdığı vida məktublarında bir müddətdir iş yeri açmaq istədiyini, lakin bunun üçün bələdiyyədən sənəd ala bilmədiyini qeyd edib.

Bildirilir ki, Mehmet Çaput məhz bələdiyyədən sənəd ala bilmədiyi üçün bir müddətdir depressiyaya düşüb və bu səbəbdən həyatına qəsd edib. Tapılan məktublarda mərhum arvadı və qızı ilə bağlı duyğulu qeydlər qoyub.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar