Türkiyə vətəndaşları Qarabağda qəzaya düşüblər.
Lent.az xəbər verir ki, hadisə Daşburun-Yuxarı Qarabağ avtomobil yolunda baş verib.
Türkiyə vətəndaşı Murad Kavaklı idarə etdiyi "Mitsubishi L 200" markalı pikap hərəkətdə olan zaman idarəetməni itirib yeni tikilən beton su kanalına aşıb.
Nəticədə sürücü, sürücü və avtomobildə olan Türkiyə vətəndaşları - 1968-ci il təvəllüdlü Kamal Çelik, 1995-ci il təvəllüdlü Əmrə Bakıçı və Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Emin Məmmədov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.