Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 15-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qəsəbə sakini M.Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən İ.Öztürkü və M.Turanı vurub.
Nəticədə İ.Öztürk aldığı xəsarətlərdən hadisə yerində ölüb, M.Turan xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, ölən piyada İ.Öztürk Türkiyə vətəndaşı olub.