Biləsuvarda 28 yaşlı gənc qəzada ölüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səmədabad kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Musa İnşallah oğlu Abdullayev velosipedlə hərəkətdə olarkən traktorun qoşqusuna çırpılıb. Nəticədə ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.