Aşkarlanan narkotiklər
16 may 2022 12:18 (UTC +04:00)

Aşkarlanan narkotiklər

Toyuğun içində narkotik: Həbsxanada tutuldu - FOTO

Penitensiar xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilən Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman xüsusi üsulla gizlədilmiş 1 kiloqram qəndin içərisində səpilmiş formada ümumi çəkisi 0,905 qram psixotrop maddə - metamfetamin (patı) və bişirilmiş toyuğun içərisində 0,817 qram miqdarında narkotik maddə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 2112
avatar

Mehman Nəbiyev

Oxşar yazılar