Şəmkirdə avtoxuliqanlıq edən şəxslər həbs edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Şəmkir rayonu, İrmaşlı kənd sakini Vasif Mirzəoğlu dostu və həmkəndlisi Sənan Tağıyevə məxsus “VAZ” markalı avtomobil ilə,toyda spirtli içki qəbul etdikdən sonra rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozub və bu vətəndaşların haqlı narazılığına səbəb olub.
Sürücülük hüququ olmadan avtombil idarə edən “sürücünü” polis əməkdaşları saxlayanda avtomobildəki digər sərnişinlər - Elmar Adıgözəlov, Sənan Tağıyev və Qismət Hüseynov sərxoş halda polisin qanuni tələblərinə tabe olmayaraq, nalayiq ifadələr işlədərək xuliqanlıq ediblər. Saxlanılaraq Polis Şöbəsinə gətirilən şəxslər barəsində İnzibatə Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə V. Mirzəoğlu 25, E. Adıgözəlov 3, S. Tağıyev və Q. Hüseynov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.