Nigeriyada toya gələn qonaqların gəmisi batıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nigeriyanın Kvara əyalətində qeydə alınıb.
Toya gələn qonaqları daşıyan qayığın çevrilməsi nəticəsində 103 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qayıq ağaca dəyərək aşıb.
Qeyd edək ki, hazırda nə qədər insanın itkin düşdüyü məlum deyil.