Toy qaydalarını pozanlar həbs olundu
27 oktyabr 2021 11:22 (UTC +04:00)

Toy qaydalarını pozanlar həbs olundu

Oktyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinq 61 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə həbs edilib. 14 nəfər cərimə olunub, 1 nnəfər barəsində araşdırma aparılır.

147 nəfər COVİD-19 pasportu olmadığı üçün şənliklərə buraxılmayıb.

# 1254
avatar

Oxşar yazılar