Toy qabağı oğurluq - cehizlik əşyalar oğurlandı
28 fevral 2024 07:20 (UTC +04:00)

Toy qabağı oğurluq - cehizlik əşyalar oğurlandı

0

Goranboyda fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Lent.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 8.000 manat olan müxtəlif cehizlik əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Səlim Mehracov saxlanılıb.

Dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən S. Mehracov oğurladığı əşyaların bir qismini satdığını bildirib. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaq təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4523

Oxşar yazılar