Tovuzda  qadın və azyaşlı   ZƏHƏRLƏNDİ: Biri qazdan, o biri kolbasadan
17 yanvar 2023 23:36 (UTC +04:00)

Tovuzda qadın və azyaşlı ZƏHƏRLƏNDİ: Biri qazdan, o biri kolbasadan

Tovuzda zəhərlənmə baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisələrdən biri rayonun Köhnə Qala kəndində qeydə alınıb.

23 yaşlı Günay Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, G Əkbərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Digər hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini 10 yaşlı Səma Həmzəyeva da zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Azyaşılının valdeyinlərinin sözlərinə görə, S.Həmzəyev kolbasa yedikdən sonra halı pisləşib.

İlkin məlumata görə, azyaşlı həmin qidadan zəhərlənib.

Hazırda hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

# 1656
avatar

Oxşar yazılar