Tovuzda minik maşını ağaca çırpıldı, sürücü xəsarət aldı
31 dekabr 2020 01:58 (UTC +04:00)

Tovuzda minik maşını ağaca çırpıldı, sürücü xəsarət aldı

0

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ markalı minik maşını idarəetmədən çıxıb və nəticədə avtomobil yoldan çıxaraq ağaca daha sonra işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməldaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1359

Oxşar yazılar