Tovuzda güclü külək işıq dərəyini aşırdı, futbol təxirə düşdü
23 dekabr 2023 19:09 (UTC +04:00)

Tovuzda güclü külək işıq dərəyini aşırdı, futbol təxirə düşdü

Güclü külək Tovuzda futbol oyununu təxirə salıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün axşam saatlarlnda başlayan güclü külək Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun dayanmasına səbəb olub. Oyun zamanı külək stadionun işıq dirəyini aşırıb. Nəticədə oyun dayanıb.

Hazırda qeyri-sabit hava şəraiti davam edir.

Qeyd edək ki, bu gün Premyer Liqada ikinci dövrənin son turunun oyunu çərçivəsində ilk qarşılaşma Tovuz şəhərində olub. "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Oyun "Turan Tovuz"un 2:1 üstünlüyü ilə yekunlaşmaq üzrə olsa da, 81-ci dəqiqəsində stadionun işıq dirəklərindən biri küləyin təsirindən aşıb.

Oyunun sabah 12:00-da qaldığı yerdən davam edəcəyi açıqlanıb.

Güclü külək stadionda işıq dərəyini aşırıb, 'Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu təxirə düşüb - VİDEO Güclü külək stadionda işıq dərəyini aşırıb, 'Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu təxirə düşüb - VİDEO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3810
avatar

Oxşar yazılar