Tövlə yandı, qadın zəhərləndi
06 noyabr 2021 20:53 (UTC +04:00)

Tövlə yandı, qadın zəhərləndi

Yevlaxın Kövər kəndində təsərrüfatlardan birində yanğın baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, tövlədə baş verən yanğının söndürülməsi üçün əraziyə cəlb olunan yanğınsöndürmə briqadası alovu lokallaşdırıb.

Hadisə nəticəsində tüstüdən zəhərlənən gənc qadın, İskəndərova Aytac Cahangir qızı xəstəxanaya çatdırılıb. 
Faktla bağlı araşdırma aparılır.

# 1716
avatar

Oxşar yazılar