Toplum TV-nin 3 əməkdaşı həbs edildi
08 mart 2024 18:50 (UTC +04:00)

Toplum TV-nin 3 əməkdaşı həbs edildi

Toplum TV işinə görə saxlanılanlar barəsində həbs qərarı verilib.

Lent.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin edilib.

Məhkəmənin qərarına əsasən, Toplum TV-nin həmtəsisçisi Akif Qurbanov, əməkdaşları Ramil Babayev və İlkin Əmrahov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Ötən gün Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

# 3339
avatar

Oxşar yazılar

Naxçıvanda siprtli içki içib  evini yandıran kişi öldü   - YENİLƏNİB

Naxçıvanda siprtli içki içib evini yandıran kişi öldü - YENİLƏNİB

9 may 2024 , 22:56
Sumqayıtda evdən 74 yaşlı qadının meyiti tapıldı

Sumqayıtda evdən 74 yaşlı qadının meyiti tapıldı

9 may 2024 , 21:27
Bakıda qəza tıxac yartdı

Bakıda qəza tıxac yartdı

9 may 2024 , 20:35
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

9 may 2024 , 17:56
Malıbəylidə insan sümükləri  tapıldı

Malıbəylidə insan sümükləri tapıldı

9 may 2024 , 15:48
Ağdamda uşağı ilan sancdı

Ağdamda uşağı ilan sancdı

9 may 2024 , 12:59
İcra başçısının xanım müavini VƏFAT ETDİ

İcra başçısının xanım müavini VƏFAT ETDİ

9 may 2024 , 12:07
Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

9 may 2024 , 11:00