Ticarət mərkəzindəki yanğında 6 nəfər xəsarət alıb - TƏBİB
23 noyabr 2023 22:58 (UTC +04:00)

Ticarət mərkəzindəki yanğında 6 nəfər xəsarət alıb - TƏBİB

Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində 6 nəfər (1 qadın, 5 kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub.

Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub.

Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4068

Oxşar yazılar

Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

11 iyul 2025 , 21:18
 Cadugərlikdə   ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən  qadın öldü -  YENİLƏNİB

Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB

11 iyul 2025 , 17:48