Yekaterinburqdakı “Qrinviç” ticarət mərkəzində baş verən atışmanın iştirakçıları Azərbaycan vətəndaşları Razi Xəlilov və Hüseyn Allahverdiyev istintaq təcridxanasından buraxılaraq ev dustaqlığına göndəriliblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müstəntiq Xəlilov və Allahverdiyevin həbsdən azad edilməsini istəyib.
Leninski rayon Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi prosesi yanvarın 22-də baş tutub. Onlar ən azı fevralın 26-dək evdə qalacaqlar.
“Qrinviç”də dava 2023-cü il noyabrın 26-da axşam baş verib. İlkin versiyaya görə, azərbaycanlılar dəhlizdə yer bölüşməyiblər və söyüş söyüblər. Onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Xəlilov və Allahverdiyev 2023-cü il noyabrın 28-dən istintaq təcridxanasında olublar.