Tərtərdə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Hüsənli kəndində baş verib. 39 yaşlı Hətəmov Tahir Əvəz oğlu sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2106" markalı avtomobili beton dirəyə çırpıb.
Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən T. Hətəmov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.