Tərtərdə baş verən qətl hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, həmkəndlisini odlu silahdan atəş açaraq öldürən şəxsin 26 yaşlı Əhlimanli Ziyadxan Elman oğlu olduğu bildirilir. Hadisəyə səbəb kimi iki şəxsin arasında yaranan mübahisə göstərilir.
***
18:05
Tərtər rayon sakini güllələnərək öldürülüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qapanlı kəndində baş verib.
Odlu silahdan güllə yarası alan kənd sakini 35 yaşlı Balacayev Murad Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.
Hələlik hadisənin baş vermə səbəbi məlum deyil.