Tərtər sakini dəmir yığanda minaya düşüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində, 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 17:34
Tərtərdə kişi minaya düşüb.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.
Araşdırma aparılır.